Veretu Fransaya qayıdır
“Roma”nın futbolçusu Jordan Veretu karyerasını Fransada davam etdirəcək. Fransalı futbolçu vətənindən cəlbedici təklif alıb.
O, “Marsel”ə keçəcək. 29 yaşlı oyunçu tibbi müayinədən sonra müqavilə imzalayacaq.
Bu transfer 11 milyon avroya gerçəkləşəcək. “Roma” bonus kimi daha 4,5 milyon əldə edə bilər.