“Verder”də iki istefa

“Verder”də iki istefa

Almaniyanın “Verder” klubu baş məşqçisi Markus Anfanqı və köməkçisi Florian Yunqu istefaya göndərib. Bunu Bremen təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Mütəxəssislərin müqavilələrinə xitam verilib. Onların vəzifələrindən azad edilmələri dövlət ittihamı ilə bağlıdır. Anfanq və Yunqla bağlı araşdırmalara başlanılıb. Hər iki məşqçi vaksinasiya ilə bağlı saxta sənədlərdən istifadədə günahlandırılır.

Qeyd edək ki, “Verder” II Bundesliqada 13 oyundan sonra 19 xalla 8-cidir.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl”ın əsas hədəfi

Növbəti yazı

Azərbaycan karateçisi ikinci dəfə dünya çempionu oldu