“Verder” yenidən Bundesliqada
“Verder” Bundesliqaya qayıdıb. Bremen təmsilçisi 2-ci Bundesliqanın son turunda bu hüquqa yiyələnib.
“Reqensburq”u 2:0 hesabı ilə məğlub edən “Verder” yarışı ikinci pillədə başa vurub. Bir ildən sonra elitaya qayıdacaq Bremen klubu bu hüququ öncə qazanan “Şalke” ilə birlikdə Bundesliqaya dönəcək.
3-cü olan “Hamburq” isə bunun üçün pley-off oynayacaq. Onların rəqibi Bundesliqada 16-cı olan “Herta”dır.