Veqorst İngiltərə nəhənginin hədəfində

Veqorst İngiltərə nəhənginin hədəfində

“Mançester Yunayted” heyətini gücləndirmək niyyətindədir. Klub Niderland millisinin hücumçusu Vaut Veqorstu transfer etməyə yaxındır.

Qeyri-adi cərimə zərbəsindən sonra Argentina ilə oyunda qol vurması və Lionel Messi tərəfindən təhqirlərə məruz qalması ilə yadda qalan 30 yaşlı Veqorst “Börnli”nin Premyer Liqadan düşməsindən sonra “Beşiktaş”a icarəyə verilib. Onun “Kasımpaşa” ilə matçdan (2:1) sonra azarkeşlərlə vidalaşdığı bildirilir.

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Veqorstun istedadını yüksək qiymətləndirir. Niderlandlı futbolçunun icarə əsasında “Mançester Yunayted”ə keçməsi gözlənilir ki, bu da demək olar ki, klublar tərəfindən razılaşdırılıb.

ETOPAZ

Əvvəlki yazı

Danimarkada ilin futbolçusu bəlli oldu

Növbəti yazı

Pikford İngiltərədə qalacaq