“Venetsiya”dan A seriyasına vida
“Venetsiya” A seriyasını tərk edəcək. Bu, 37-ci turda rəsmiləşib.
“Empoli” ilə qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olan “Salernitana” autsayderdən 6 xal uzaqlaşıb. Sonuncu pillədə qərarlaşan “Venetsiya”nın 25 xalı var.
17-ci olan “Salernitana”ya şəxsi oyunların yekununda uduzan venetsiyalılar B seriyasına yuvarlanmaqdan xilas ola bilməyəcək.