Vardidən yeni müqavilə
“Lester” futbolçusu Ceymi Vardi ilə yeni müqavilə imzalayıb. 35 yaşlı hücumçu daha 2 il İngiltərə klubunun formasını geyinəcək.
Onunla anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Vardi 2012-ci ilin mayında “Flitvud Taun”dan “Lester”ə keçib.
Qeyd edək ki, komandada 387 oyunda 164 qol vuran Ceymi klub tarixinin ən yaxşı bombardiridir.