VAR Mərkəzi fəaliyyətini dayandırdı

VAR Mərkəzi fəaliyyətini dayandırdı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi fəaliyyətini dayandırıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci il fevralın 1-dək mərkəz işləməyəcək. Bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə ölkə kuboku və Azərbaycan Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.

AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var. Qurum ötən mövsümlərdə olduğu kimi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacaq.

ETOPAZ

Əvvəlki yazı

“Zirə” qələbə ilə növbəti mərhələdə!

Növbəti yazı

Azərbaycan Rusiyanı geridə qoydu