Vaqif Cavadovun təqdimat mərasimi keçirildi

Vaqif Cavadovun təqdimat mərasimi keçirildi

“Sumqayıt”ın baş məşqçi vəzifəsini icra edən Vaqif Cavadov kollektivə təqdim olunub. Təqdimat klub prezidenti Riad Rəfiyev tərəfindən həyata keçirilib.

35 yaşlı mütəxəssis komandanı ilk məşqinə çıxarıb. Məşqi izləyənlər arasında klubun Müşahidə Şurasının sədri, “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli də olub. Vaqif Cavadov və futbolçularla məşqdən öncə söhbət edən Elnur Məmmədli onlara güvəndiyini bildirib və komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıb.

ETOPAZ

Əvvəlki yazı

Haaland “Barselona” yolunda

Növbəti yazı

“Sabah”ın matçının hakimləri bəlli oldu