Vanoli ən yaxşı seçildi
A Seriyasında avqust ayının ən yaxşı baş məşqçisi müəyyənləşib. “Torino”nu çalışdıran Paolo Vanoli ötən ayın ən yaxşısı adına layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Torino” avqust ayında ölkə çempionatında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.