Van de Bek “Barselona”nın hədəfində
“Barselona” heyətini gücləndirmək niyyətindədir. Klub “Mançester Yunayted”in niderlandlı yarımmüdafiəçisi Donni van de Beklə maraqlanır.
O, Qavini çarpaz bağ zədəsi ilə itirən Xavinin komandasını gücləndirmək üçün mümkün variantlarından biridir. Qeyd olunur ki, van de Beek özü də “Mançester Yunayted”dən ayrılmaq istəyir. “Barselona”nın isə onun namizədliyinə müəyyən şübhələri var. Niderlandlıya maraq göstərən digər klub isə “Yuventus”dur.