Van de Beek La Liqa yolunda
“Real Sosyedad” heyətini gücləndirmək niyyətindədir. Klub Donni van de Beeklə maraqlanır.
İspaniyalılar yarımmüdafiəçinin transferi ilə bağlı “Mançester Yunayted”ə müraciət edib. Danışıqlara başlayan San-Sebastiyan klubunun nümayəndələri transferi yaxın günlərdə bitirməyi düşünürlər.