Van Bommel istefaya göndərildi

Van Bommel istefaya göndərildi

Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib. “Volfsburq” Mark van Bommellə yollarını ayırıb.

Bu ilin iyunundan komandanı çalışdıran niderlandlı postunda 4 ay qalıb. Onun müqaviləsi 2023-cü yayına qədər olsa da, rəhbərlik mütəxəssislə vidalaşıb.

Buna komandanın nəticələri səbəb olub. Bundesliqada 9 turda 13 xal toplayan “canavarlar” 8-cidir. Çempionlar Liqasında qrupda sonuncu olan “Volfsburq” ölkə kuboku ilə 1-ci mərhələdə vidalaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Keşlə” “Qəbələ” ilə bacarmadı

Növbəti yazı

Ardıcıl 4-cü məğlubiyyət