Van-Bissaka “Roma”nın hədəfində

Van-Bissaka “Roma”nın hədəfində

“Mançester Yunayted”in müdafiəçisi Aaron Van-Bissaka karyerasını A Seriyasında davam etdirə bilər. Futbolçunu “Roma” heyətinə qatmaq istəyir.

Baş məşqçi Joze Mourinyo onu bu yay komandaya cəlb etmək niyyətindədir. 24 yaşlı futbolçu “Mançester Yunayted”də uğursuz keçirdiyi 2021/22 mövsümündən sonra transfer pəncərəsi zamanı klubunu dəyişə bilər.

Müdafiəçinin İngiltərə təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

Kyellini karyerasını bitirir

Növbəti yazı

“Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya buraxıldı