Van-Bissaka “Atletiko”nun hədəfində
“Mançester Yunayted”in müdafiəçisi Aaron Van-Bissaka daha bir klubun hədəfinə düşüb. “Atletiko” futbolçunu transfer etməyi düşünür.
Madrid klubu müqavilə müddəti başa çatdığı üçün yayda klubdan ayrılacaq Şima Vrsalkoya əvəzləyici axtarır. Van-Bissaka “Mançester Yunayted”in yeni baş məşqçisi Erik ten Haqın planlarına daxil edilməyib. Bu səbəbdən onu klubdan ayrılması mümkün görünür.