Valverde “Vilyarreal”ın futbolçusuna zərbə endirdi
“Real”ın yarımmüdafiəçisi Federiko Valverde xoşagəlməz addım atıb. O, “Vilyarreal”ın futbolçusu Aleks Baenə zərbə endirib.
Hadisə İspaniya çempionatının 28-ci turunun “Real” – “Vilyarreal” matçından (2:3) sonra baş verib. Uruqvaylı görüşdən sonra Baeni gözləyib və klub avtobusuna tərəf gedərkən onun üzünə yumruq vurub. Buna səbəb Aleksin Valverdenin ailəsini təhqir etməsi olub.