Valverde sıradan çıxdı
“Real”ın futbolçusu Federiko Valverde zədələnib. O, İspaniya La Liqasının 12-ci turunun “Rayo Valyekano” ilə oyununda (0:0) sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klubun tibbi xidmətləri tərəfindən bu gün aparılan müayinənin nəticələrinə əsasən uruqvaylı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. 27 yaşlı oyunçu Uruqvay millisinin düşərgəsinə getməyəcək.













