Valerio Azərbaycan çempionunda
“Araz-Naxçıvan” braziliyalı Giovanni Valerio ilə anlaşıb. Cinah oyunçusu qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.
26 yaşlı futzalçının son klubu Portuqaliya “Torreense”si olub. O, müxtəlif illərdə “Korintians”, “Jaraqua”, “Marreko” və “Santo Andre” komandalarının da formasını geyinib.
Qeyd edək ki, braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan), İlham Alıyev (U-19) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.