“Valensiya”nın müdafiəçisi “Atletiko”nun hədəfində
“Valensiya”nın müdafiəçisi Qabriel Paulista komandanı tərk edə bilər. O, “Atletiko”ya keçməyə yaxındır.
33 yaşlı braziliyalı müqaviləni ləğv edərək azad agent kimi Madrid klubuna transfer olunacaq. Artıq tərəflər arasında şifahi razılıq əldə olunub.
Bu mövsüm Qabriel “Valensiya”nın heyətində 19 oyun keçirib, 4 sarı və bir qırmızı vərəqə alıb.