“Valensiya”da yeni müdafiəçi

“Valensiya”da yeni müdafiəçi

İspaniya La Liqasının autsayderi “Valensiya” ingilis müdafiəçi ilə güclənib. “Bornmut”un futbolçusu Maks Aarons icarə əsasında komandada çıxış edəcək.

25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Razılaşmada “Valensiya”nın Aaronsu transfer etmək hüququ da var. Maks bu mövsümdə cəmi 4 oyunda forma geyinmək şansı qazanıb.

Qeyd edək ki, “Valensiya” İspaniya çempionatında 19 turdan sonra 13 xalla sonuncu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Juninyo Braziliyada

Növbəti yazı

Ronaldo “Əl Nəsr”də qalacaq