“Valensiya”da yeni baş məşqçi

“Valensiya”da yeni baş məşqçi

“Valensiya”nın yeni baş məşqçisi müəyyənləşib. Bu barədə klubun saytı məlumat yayıb.

İspaniya təmsilçisi Karlos Korberanı baş məşqçi təyin edib.  41 yaşlı mütəxəssislə 2027-ci ilə qədər müqavilə bağlanıb.

Korbera 2022-ci ilin oktyabrından “Vest Bromviç”i çalışdırırdı. Məşqçinin “Vest Bromviç”dən ayrılması üçün “Valensiya” rəhbərliyi onun Britaniya klubu ilə müqaviləsində xüsusi variantı işə salıb.

Qeyd edək ki, “Valensiya” hazırda La Liqa turnir cədvəlində 12 xalla 19-cu yerdə qərarlaşır.

ETOPAZ

Əvvəlki yazı

Kolo Muani “Liverpul”un hədəfində

Növbəti yazı

İlin hakimi bəlli oldu