“Valensiya” üçün uğursuzluq
“Valensiya” son 40 ilin ən pis mövsümünü keçirir. Komanda son 6 oyunu məğlubiyyətlə başa vurub.
“Yarasalar” sonuncu dəfə yanvarın 24-də “Almeriya” ilə oyunda xal qazanıb (2:2). “Valensiya” La Liqada 20 xalla 19-cu pillədə qərarlaşıb ki, bu da klubun 1982/83 mövsümündən bəri ən pis göstəricidir.