Valdas Dambrauskas: “Əlimizdən gələni edəcəyik”

Valdas Dambrauskas: “Əlimizdən gələni edəcəyik”

Avropa Liqasında mübarizəyə start verilir. Azərbaycan təmsilçisi “Sabah” ilk mərhələdə “Selye”ni qəbul edəcək.

Matçdan öncə “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Hamınızı salamlayıram. Şadam ki, oyunöncəsi mətbuat konfransında bu qədər insan görürəm. Avropada bu cür oyunlar çox önəmli və həyəcanlı olur. Həyəcanla və səbirlə bu matçı gözləyirik. Rəqibin böyük təcrübəsi var. Keçən mövsüm çox sürprizlər ediblər. Bilirik ki, “Selye” ötən mövsüm Konfrans Liqasında irəliləyib. Çox güclü rəqibdir. Amma məşqçilər korpusu, klub olaraq bu oyunu böyük səbirsizliklə gözləyirik. Əlimizdən gələni edəcəyik. Bütün azarkeşlərimizi stadiona dəvət edirik. Söz verirəm ki, ən yaxşı performansımızı göstərməyə çalışacağıq. Çalışacağıq ki, ilk oyunda yaxşı nəticə əldə edək”.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”dən növbəti transfer

Növbəti yazı

NBA-da rekord müqavilə