“US Open”in rekordu təkrarlandı
ABŞ tennisçisi Alisiya Parks “US Open”in tarixinə düşüb. Turnirə “vild card”la qatılan 20 yaşlı idmançı 1-ci mərhələdə Olqa Daniloviçə uduzub – 3:6, 5:7. Alisiya matçın gedişində topu oyuna 208 km/s sürəti ilə daxil edib. Parks bu göstəricidə “US Open”də qadın tennisçilərin rekordunu təkrarlayıb. O, 2007-ci ildə topu oyuna eyni sürətlə daxil edən Vinus Uilyamsa şərik çıxıb.