“US Open”də ən gec başa çatan matç
Yunanıstanlı Mariya Sakkari “US Open”də 1/4 finala yüksəlib. O, 2019-cu ilin çempionu Byanka Andreskunu məğlub edib – 6:7, 7:6, 6:3.
Qarşılaşma 3 saat 30 dəqiqə sürüb və yerli vaxtla gecə 02:13-də başa çatıb. Bu, “US Open”in tarixində qadınların yarışında ən gec başa çatan matçdır.
Sakkari karyerasında ikinci dəfə “Böyük dəbilqə” turnirinin 1/4 finalına yüksəlib. Onun ilk uğuru bu il keçirilən “Rolan Qarros”da gerçəkləşib. Bu matçadək “US Open”də keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Byanka isə ilk məğlubiyyətini alıb.
Bu nəticələrdən sonra Sakkarinin karyerasında ilk dəfə reytinqdə “Top-15”ə düşəcəyi, Andreskunun “Top-10”u tərk edəcəyi dəqiqləşib.