Uruqvay və Panamadan qələbə
Amerika kubokunda qrup mərhələsi davam edir. C qrupunda II turun matçları keçirilib.
Uruqvay millisi Boliviyanı darmadağın edib – 5:0. Panama isə sensasiyaya imza atıb. Mərkəzi amerikalılar yarışın ev sahibi ABŞ-a qalib gəlib – 2:1. “Turan Tovuz”un futbolçusu Roderik Miller bu görüşdə də 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, qrupda sonuncu turun oyunları iyulun 2-də keçiriləcək.