Uruqvay 22 ildən sonra
DÇ-2026-nın seçmə mərhələsi davam edir. 4-cü turda Uruqvay Braziliyanı məğlub edib – 2:0.
İlk dünya çempionları bununla da, uğursuz seriyaya son qoyub. Belə ki, komanda 22 il sonra ilk dəfə sambaçıları məğlub etməyi bacarıb. Braziliyalılar DÇ seçmələrində 37 matç idi ki, Uruqvaya uduzmurdu.