Urfan Abbasov “300”ə çatdı
“Araz-Naxçıvan” klubunun futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib.
Futbolçu “Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub. O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Premyer Liqada 2011/2012 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib.