Upamekano “Barsa”nın hədəfində
“Bavariya” ilə müqaviləsi gələn ilin yayında başa çatan Dayo Upamekano karyerasının İspaniya La Liqasında davam etdirə bilər.
“Barselona” fransalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
La Liqa nəhəngi yayda azad agent statusunda olacaq Upamekanoya təklif göndərməyi planlaşdırır. Klubunun yeni sözləşmə təklifini qəbul etməyən 26 yaşlı mərkəz müdafiəçisinin durumunu “Liverpul” da yaxından izləyir.












