“Uorriors” 6-ya çatdı
“Qolden Steyt” Qərb Konfransının həlledici seriyasının 5-ci oyununda “Dallas”ı məğlub edib – 120:110, 4-1. San Fransisko təmsilçisi bu qələbə ilə NBA finalına vəsiqə qazanıb.
“Uorriors” 2019-cu ildən sonra ilk dəfə və səkkiz ildə 6-cı dəfə pley-off finalında oynayacaq. NBA tarixində yalnız üç komanda bunu bacarıb.
Kaliforniya klubu Bill Rassellin “Seltiks”i (50-60-lar), Mecik Consonun “Leykers”i (80-lər) və Maykl Cordanın “Bulls”unun (90-lar) nailiyyətlərini təkrarlayıb. “Qolden Steyt” 2015, 2016, 2017, 2018, 2019-cu illərdə finala yüksəlib və üç titul qazanmağı bacarıb – 2015, 2017, 2018.