Uoker “Milan”ı tərk edir
“Milan” icarə əsasında komandada çıxış edən Kayl Uokerlə bağlı qərarını verib. Klub onu transfer etməyi düşünmür.
“Rossoneyerilər” 5 milyon avro satınalma maddəsindən imtina edəcəklər. “Mançester Siti”nin müdafiəçisi yanvardan “Milan”ın şərəfini qoruyur. Milanlılar 20 yaşlı Alexandro Ximenesin oyunundan razı qaldıqları üçün Kaylı davam etməmək qərarına gəliblər.
Qeyd edək ki, Uoker İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 15 oyunda fərqlənməyib.