Uoker “Milan” yolunda

Uoker “Milan” yolunda

“Mançester Siti”nin futbolçusu Kayl Uoker “Milan”a keçməyə yaxındır. Müdafiəçinin keçidinin bu həftə gerçəkləşəcəyi gözlənilir.

İtaliya klubu onunla 2,5 illik müqavilə bağlayacaq. Uoker 2027-ci ilin yayına qədər Milanın eyniadlı təmsilçisində forma geyinəcək.

Qeyd edək ki, müdafiəçinin keçidində həlledici rolu A seriyası təmsilçisinin rəhbərliyinin məsləhətçisi kimi çalışan Zlatan İbrahimoviç oynayıb.

ETOPAZ

Əvvəlki yazı

“Atletiko”dan rekord

Növbəti yazı

Kyaer karyerasını başa vurdu