Uoker ”Bavariya” yolunda
“Mançester Siti”də ayrılıq yaşanacaq. Komandanın futbolçusu Kayl Uoker “Bavariya”ya keçməyə razılıq verib.
Almaniya təmsilçisi 33 yaşlı müdafiəçi ilə müqavilənin bütün detallarını razılaşdırıb. Uokerin keçidi baş tutsa, o, 2+1 illik anlaşmaya imza atacaq. Münhen təmsilçisi sağ cinah müdafiəçisinin transferi üçün İngiltərə klubu ilə danışıqları müsbət yekunlaşdırmalıdır.