Ukrayna millisinin oyunçu “Milan” və “Yuventus”un təklifini rədd etdi
Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Mixail Mudrik İtaliya nəhənglərinin hədəfinə düşüb. Lakin o, “Milan” və “Yuventus”un təklifini rədd edib.
Futbolçu A Seriyasında daimi oynayacağından əmin olmadığı üçün belə qərar verib. O, “Bayer”ə keçmək niyyətindədir. Almaniya klubu futbolçunun transferini “Şaxtyor”la razılaşdıra bilib. Həmçinin futbolçunun özü ilə də şifahi razılıq əldə edib.