Ukrayna millisində itki

Ukrayna millisində itki

Ukrayna yığmasının əsas futbolçularından Georgi Sudakov DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya qarşı keçirilən oyunda zədə alıb. 23 yaşlı yarımmüdafiəçi ilk hissədə rəqiblə toqquşmadan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.

Matçdan sonra Sudakov sosial şəbəkədə paylaşım edərək yazıb: “Tezliklə sağalacağıma ümid edirəm. Komandamızı və azarkeşləri qələbə münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, Ukrayna millisi bu qarşılaşmada İslandiyanı 5:3 hesabı ilə məğlub edib. Komanda növbəti oyununu oktyabrın 13-də Polşanın Krakov şəhərində Azərbaycan yığmasına qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Fransa millisində ciddi itki

Növbəti yazı

Millimiz məğlub oldu