Ukrayna – Azərbaycan matçının hakimləri bəlli oldu

Ukrayna – Azərbaycan matçının hakimləri bəlli oldu

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda yer alan Ukrayna – Azərbaycan oyununu avstriyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Sebastyan Qisxamer olacaq.

Yan hakimlər isə Roland Riedel və Santino Şraynerdir. Dördüncü hakim funksiyası Valter Altmanna, VAR sistemi isə Manuel Şüttengruber və Kristian-Petro Çokirkoya həvalə ediləcək.

Qeyd edək ki, Ukrayna – Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Rauf Hüseynli “Kəpəz”də

Növbəti yazı

Günün kuponu – 12.10.2025