Uinks “Sevilya”nın hədəfində
“Sevilya” orta xəttini gücləndirməyə davam edir. Klub “Tottenhem”in yarımmüdafiəçisi Herri Uinksi heyətinə qatmaq niyyətindədir.
Həmçinin, onun xidmətində “Sauthempton” və “Kristal Pelas” maraqlıdır. Yarımmüdafiəçi “Spurs”un baş məşqçisi Antonio Kontenin planlarına daxil edilməyib, ona görə də o, çox güman ki, yayda komandadan ayrılacaq. Uinks transferində ən real namizəd “Sevilya”dır.