“Uimbldon” tarixində 5-ci seriya
Dünyanın üçüncü raketkası Novak Cokoviç “Uimbldon” turnirində ikinci mərhələni uğurla adlayıb. Serbiyalı Tanasi Kokinakisi məğlub edib – 6:1, 6:4, 6:2.
“Uimbldon”un altıqat çempionu bu turnirdə ardıcıl 23-cü qələbəsini qazanıb. O, sonuncu dəfə 2017-ci ildə uduzub.
Bu, “Uimbldon” tarixində 5-ci seriyadır. Byorn Borq ardıcıl 41 qələbə ilə mütləq rekordçudur. Rocer Federer 40, Pit Sampras 31 və 25 qələbəni sıralayıb.