Uilyams nəhənglərin hədəfində
“Atletik”in üzvü Niko Uilyams yayda komandanı tərk edə bilər. Futbolçu ilə “Bavariya” və “Arsenal” klubları yaxından maraqlanır.
“Atletik” oyunçu üçün 70-80 milyon avro tələb edir.
Qeyd edək ki, son Avropa çempionatının qalibi olan İspaniya millisinin üzvü bu mövsüm La liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 9 qol, 7 assistlə yadda qalıb.