Uilyams “Barselona” ilə razılığa gəldi
“Barselona” Bilbao “Atletik”inin futbolçusu Niko Uilyams ilə anlaşıb. Bu barədə tanınmış futbol agenti Fabrizio Romano “X” hesabında paylaşım edib.
22 yaşlı hücumçu ilə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalanması və hər mövsüm üçün 7- 8 milyon avro maaş ödənilməsi razılaşdırılıb.
Kataloniyalılar transferin həyata keçirilməsi üçün yekun olaraq “Atletik” ilə maliyyə məsələlərində ortaq nöqtəyə gəlməyə çalışır.
Qeyd edək ki, ispaniyalı oyunçu başa çatan 2024/25 mövsümündə 45 qarşılaşmada meydana çıxıb və 11 qola, 7 məhsuldar ötürməyə imza atıb.