Uilyams “Barselona” arzusunda
“Atletik”inin 22 yaşlı vingeri Niko Uilyams yay transfer pəncərəsində “Barselona”ya keçmək istəyir. O, Kataloniya klubunun rəhbərliyinə “Barsa”ya keçməyə hazır olduğunu bildirib.
Halbuki cari mövsümdən əvvəl “Barselona” cinah oyunçusuna transfer təklifi etsə də, o, “Atletik”də qalmaq istədiyini bildirərək, bundan imtina etmişdi.
Qeyd edək ki, Uilyams 2021-ci ilin iyulundan “Atletik”də çıxış edir. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci il iyunun sonuna kimidir. Transfermarkt portalının versiyasına görə, vingerin dəyəri 70 milyon avrodur.