Uestbrukdan antirekord
Rassell Uestbruk NBA-da son ilin antirekorduna imza atıb. “Leykers”in basketbolçusu “Nyu-York”la qarşılaşmada (115:122) səbətin altından 15 atışdan yalnız dördündə dəqiq olub.
11 atışı qeyri-dəqiq olan Rassell son 10 mövsüm üçün müdafiəçilərin antirekordunu təkrarlayıb. 2020-ci ilim yanvarında “Denver”lə görüşdə Rassellin özü 11 belə səhv buraxıb. O, “Nets”lə matçda 13 xal, 12 ribaund və 11 ötürmə ilə tripl-dabla da imza atıb.