Uestbruk “Denver”də
Rassell Uestbrukun yeni komandası bəlli olub. O, “Denver”lə müqavilə imzalayıb.
Basketbolçu “Naggets”lə 6,8 milyon avroluq 2 illik sözləşməyə qol çəkib. 35 yaşlı basketbolçunun növbəti mövsümdə müqaviləni artırmaq və xitam hüququ özündə saxlanıb.
Qeyd edək ki, ötən mövsümdə “Los-Anceles Klippers”in şərəfini qoruyan Rassell orta hesabla 22,28 dəqiqə meydanda olub və 11,1 xal, 5 götürmə, 4,5 ötüməlik nəticə göstərib.