UEFA “Qarabağ”ı cəzalandırdı

UEFA “Qarabağ”ı cəzalandırdı

UEFA İntizam Komitəsi “Qarabağ”ı cəzalandırıb. Bunu qurumun mətbuat xidməti açıqlayıb.

Buna Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə “Çelsi” ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı səbəb olub.

Məlumata görə, “Qarabağ” azarkeşləri rəqib futbolçusuna qarşı irqçi ifadələr səsləndiriblər. Bu səbəbdən UEFA klubun 5000 avro məbləğində cərimələnməsi barədə qərar qəbul edib.

Bundan əlavə, klub növbəti ev oyununu azarkeşsiz keçirmək şərti ilə cəzalandırılıb. Əgər “Qarabağ” azarkeşləri bu müddət ərzində təkrar irqçi hərəkətlərə yol verərlərsə, cəza qüvvəyə minəcək.

ETOPAZ

Əvvəlki yazı

ÇL-də həftənin oyunçusu bəlli oldu

Növbəti yazı

“Nottingem” və “Lion”dan qələbə