UEFA-nın C kursu keçirildi

UEFA-nın C kursu keçirildi

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir. Fevralın 14-dək davam edəcək məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik edirlər.

Kursun üçüncü modulu fevralın 25-dən 28-dək, dördüncü mərhələsi isə martın 10-dan 15-dək olacaq.

Qeyd edək ki, kursa qatılanlar arasında “Şamaxı”nın qapıçısı Kamal Bayramov, “Muğan”, “Rəvan”, “Kəpəz”, “Simurq”, “Sumqayıt”, “Keşlə” və “Neftçi”nin sabiq müdafiəçisi Tural Axundov da var.

ETOPAZ

Əvvəlki yazı

Salahdan növbəti uğur

Növbəti yazı

Ronaldo üçün uğurlu il