UEFA-dan Rusiya komandaları ilə bağlı qərar
UEFA Rusiya komandalarını 2022/23 mövsümünün bütün yarışlarından kənarlaşdırıb. Bu ölkənin futbol, qadın futbolu və futzal klubları avrokuboklarda iştirak edə bilməyəcək.
Bu qərar milli komandalara da tətbiq olunub. Əsas yığma Millətlər Liqasından, qadın millisi AVRO-2022-nin final, DÇ-2023-ün seçmə mərhələsindən kənarlaşdırılıb. Rusiyanın gənclər, yeniyetmələr və futzal yığmaları da UEFA bayrağı altındakı bütün turnirlərdən xaric edilib.