UEFA-dan “Qarabağ”a ödəniş
“Qarabağ”a UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində iştirakına görə ödəniş edilib. Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, UEFA tərəfindən ayrılmış 753.608 (yeddi yüz əlli üç min altı yüz səkkiz) avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.