UEFA-dan klublara cəza

UEFA-dan klublara cəza

UEFA maliyyə tələblərini pozduğuna görə Avropanın bir çox klubunu cərimələyib. Onlar arasında “Barselona”, “Çelsi”, “Aston Villa” və “Lion” kimi komandaların adları var.

Təhlillər 2023-cü və 2024-cü illəri əhatə edib. Bu klublar futbol gəlirləri ilə bağlı qaydalara riayət etməyiblər. Nəticədə “Barselona” 15 milyon (45 milyon şərti), “Çelsi” 20 milyon (60 milyon şərti), “Aston Villa” 5 milyon (20 milyon şərti) və “Lion” 50 milyon (37,5 milyon şərti) avro cərimələnib.

Qeyd edək ki, UEFA qarşıdakı illərdə bu klubların gəlirlərini nəzarətdə saxlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Azər Salahlı “İmişli”də

Növbəti yazı

“Qəbələ”də yeni müdafiəçi