UEFA-dan Kamal Umudluya növbəti təyinat

UEFA-dan Kamal Umudluya növbəti təyinat

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. O, UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boyz” (İsveçrə) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Patrik Şvengers yerinə yetirəcək.

Noyabrın 6-da Gelzenkirxen şəhərində yerləşən “Parkstadion”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Orxan Məmmədov “Ər-Rayyan”ın rəsmiləri ilə görüşüb

Növbəti yazı

Dieqo Forlan “ATP Tour”da