UEFA-dan Azərbaycan klublarına 648 min avro
Azərbaycan klubları UEFA-dan növbəti maliyyə vəsaiti alıblar. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Bu vəsait milli komandalarının heyətlərində Avropa çempionatının seçmə mərhələsi və Millətlər Liqasının oyunlarında çıxış etmiş futbolçulara görə ödənilib. UEFA tərəfindən Azərbaycan klublarına ayrılmış 647 min 643 avro AFFA-nın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb:
Ən böyük ödəniş “Qarabağ”ın payına düşüb. “Kəpəz”lə “Şamaxı” isə ən az vəsait alan klublarıdr.
“Araz-Naxçıvan” – 21 min 954 avro
“Şamaxı” – 7 min 318 avro
“Qəbələ” – 47 min 567 avro
“Kəpəz” – 7 min 318 avro
“Neftçi” – 109 min 770 avro
“Zirə” – 43 min 908 avro
“Turan Tovuz” – 14 min 636 avro
“Qarabağ” – 219 min 540 avro
“Sabah” – 135 min 383 avro
“Səbail” – 25 min 613 avro
“Sumqayıt” – 14 min 636 avro