UEFA Azərbaycan klublarına ödəniş etdi

UEFA Azərbaycan klublarına ödəniş etdi

2024/2025-ci illər mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) çıxış edən Premyer Liqa klubları üçün UEFA tərəfindən ayrılmış ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb. Bu barədə AFFA məlumat yayıb.

Ödəniş “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.

“Zirə” – 349.600 avro
“Sabah” – 174.600 avro
“Sumqayıt” – 524.600 avro

Qeyd edək ki, “Sumqayıt” Konfrans Liqasının II, “Sabah” isə III təsnifat mərhələsində mübarizəni dayandırıb. Mübarizəyə Avropa Liqasından start verən “Zirə” isə Konfrans Liqasının pley-offunda çıxışını davam etdirir.

ETOPAZ

Əvvəlki yazı

Miretti “Cenoa”da

Növbəti yazı

Vinisius “Real”ı tərk edir